Fransız ulduz futbolçu Kilian Mbappe həyatının əsas hadisələrini işıqlandıracaq sənədli filmin prodüserliyi ilə məşğuldur.

Matc.az xəbər verir ki, futbolçu “Zebra Valley” şirkəti ilə əməkdaşlıq edir. Layihənin rejissoru isə fransız prodüser Antuan Le Roydur.

Film Mbappenin PSJ oyunçusu kimi son aylarını və sonda “Real”a transferini əks etdirəcək.

“Kral” klubu ilə müqavilə, Mbappenin uşaqlıq arzusu olub. Hekayənin məzmunu 25 yaşlı hücumçunun ailəsi ilə yaxın əlaqələri olan prodüser Antuan Le Royun xoşuna gəlib.

Xatırladaq ki, Mbappe iyunun 3-də rəsmi olaraq “Real”a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest