“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Moskva “Spartak”ına keçməyə razılıq verən cinah oyunçusu Kerem Aktürkoğlunu klubda saxlamaq istədiyini bildirib.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk Moskva “Spartak”ına keçməyə razılıq verən cinah oyunçusu Kerem Aktürkoğlunu klubda saxlamaq istədiyini bildirib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis bununla bağlı açıqlama verib.
“Kərəmi ilk dəqiqələrdən oyuna buraxıramsa, bu, onun karyerasını burada davam etdirməsini istədiyimdəndir. O, meydandakı çıxışları ilə istəyimi dəstəkləmiş oldu”.
Qeyd edək ki, Aktürkoğlu Türkiyə Superliqasının II turun “Konyaspor”la (1:2) səfər matçında komandasına qələbə qazandıran 1 qol vurub və 1 qol ötürməsi verib.
25 yaşlı futbolçunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin iyununa qədərdir. “Transfermarkt” portalında futbolçunun bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.