18 Avqust 2024, 13:37
FUTBOL
“Barselona”da yay transferi kampaniyası hələ bitməyib. Klubub idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik sol cinah müdafiəçisi və yarımmüdafiəçi mövqelərini gücləndirmək variantlarını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Sport.es” paylaşıb.
Bildirilir ki, Kataloniya klubu “Tottenhem”in 27 yaşlı müdafiəçisi Serxio Reqilonla maraqlanır. “Barselona”nın çox yaxın vaxtlarda yeni transferlər edə biləcəyi vurğulanır.
Qeyd edək ki, ötən gün La Liqanın I turunda Kataloniya klubu “Valensiya”ya 2:1 hesabı ilə qalib gəlib.