“Barselona” “Mançester Siti”nin 30 yaşlı sağ cinah müdafiəçisi Joao Kanselonu almaqda maraqlıdır. Matc.az xəbər verir ki, bu barədə məlumatı “Manchester Evening News” paylaşıb.

Bildirilir ki, Kataloniya klubu onun transferi üçün təxminən 20 milyon avro təklif edir. Lakin Mançester təmsilçisi portuqaliyalı futbolçu üçün 25 milyon avro tələbə edir.

Qeyd edək ki, Kanselo ötən mövsüm icarə əsasında “Blauqrana”da çıxış edib. O, bütün yarışlarda 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun ingilis klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest