“Turan Tovuz” Azərbaycan Premyer Liqasının III turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Matc.az xəbər verir ki, Tuvuz klubunun baş məşqçisi Kurban Berdıyev oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib və jurnalistlərin suallarını cavablandırıb:

- Qələbədən çox məmnun qaldım. Oyunun həm yaxşı, həm də pis hissələri var idi. Hələ çox işləməliyik, çox çalışmalıyıq. Futbolçularıma görə çox seivinirəm və onları təbrik edirəm.

- Artıq üçüncü oyundur ki, Tural Bayramlı eyni dəqiqələrdə əvəzələnir. Oyunamağa fiziki gücü çatmır, yoxsa əvvəlcədən planlaşdırılmış dəyişiklikdir?
- Fiziki cəhətdən hazırdır. Digər oyunçulara da şans vermək üçün belə addım atırıq.

- Bu gün “Qərb derbisi”nin olduğunu hiss etdinizmi?
- Bəli. Azarkeşlərdən də bunu hiss etmək olurdu, hər tərəfdə də bu hiss edildirdi.

- Oyunda nədən razı qalmadınız?
- Hər şeydən əvvəl psixoloji baxımdan narazı qaldım. Hesab 2:0 olandan sonra futbolçular rahat oynamağa başladılar. Buna görə deyirəm ki, üzərində işləməli olduğumuz məqamlar var. Xüsusən də bu məsələ üzərində işləməliyik.

- Komanda üç turdan sonra liderdir. Bu amil növbəti turlar üçün komandaya əlavə güc verə bilər?
- Belə olacağını düşünmürəm. Müzakirələr zamanı futbolçulara səhvlərinin çox olduğunu göstəririk. Səvlər var və bu səhvlərin üzərində işləməliyik.

- Oyunların təxirə salınmasına münasibətiniz necədir?
- Hər şeydən öncə Azərbaycan futbolunun marağı nəzərə alınmalıdır, sonar geridə qalan məsələlər.

- Arıq iki oyundur ki, hücumçular fərqlənə bilmir. Otto Con qol vurmaqda çətinlik çəkir. Komandaya hücumçu cəlb olunacaq?
- Xeyr. Bizdə Aleks de Souza var. Otto Conun bəzi məqamlarda problemlər var. Ötən mövsüm 10 qol vurub. Biz ona yenə də inanırıq. Realizasiya məsələsində bir az problem yaşayır. Bu, daha çox mənim üzərimə düşən məsuliyyətdir ki, son vuruşlarda axsayır və bu düzəlməlidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest