“Zirə” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Osiyek” komandasını mübarizədən kənarlaşdırıb.

“Zirə” UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra Xorvatiyanın “Osiyek” komandasını mübarizədən kənarlaşdırıb.

Matc.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşmanın əsas və uzatmaq dəqiqələrində ümumi hesabda tarazılıq pozulmadığından, penaltilər seriyasında ustalıq göstərən qəsəbə təmsilçisinin qapıçısı Tiaqo Silva 4 penalti zərbəsini dəf edərək komandasının pley-offa çıxmasına kömək edib.

Tarixində ilk dəfə pley-offa vəsiqə qazanan “Zirə” klubu, “Osiyek”lə oyunda yadda qalan, unudulmaz anları paylaşıb.

Qeyd edək ki, “Zirə” pley-offda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest