“Bayer”in 22 yaşlı çexiyalı hücumçusu Adam Qlozek karyerasını başqa klubda davam etdirəcək

Matc.az xəbər verir ki, Qolzek “Hoffenhaym” ilə müqavilə imzalayıb.

Müqavilənin təfərrüatları açıqlanmayıb. Qeyri-rəsmi məlumata görə, bu transfer “Hoffenhaym”a 18 milyon avroya başa gəlib.

Qeyd edək ki, Adam Qlozek 2022-ci ilin iyul ayında “Sparta”dan (Praqa) Leverkuzenin “Bayer” klubuna keçib. O, bu müddət ərzində 80 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest