17 Avqust 2024, 16:38
FUTBOL
“Kəpəz” Premyer Liqanın III turunda “Turan Tovuz”la qarşılaşmaya itkilərlə çıxacaq.
“Kəpəz” Premyer Liqanın III turunda “Turan Tovuz”la qarşılaşmaya itkilərlə çıxacaq.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin iki futbolçusu zədəlidir.
Məşq prosesində zədələnən yarımmüdafiəçilər Tural Rzayev ilə Redon Mihana qərb derbisində forma geyinə bilməyəcək. Hər iki futbolçunun müalicə prosesi davam edir.
Bundan əlavə, Elmir Tağıyev də cəzalı durumdadır.
Qeyd edək ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşması bu gün saat 18:15-də, Tovuz şəhər stadionun start götürəcək.