17 Avqust 2024, 13:45
FUTBOL
PSJ “Renn”in 19 yaşlı cinah müdafiəçisi Dezire Due transferini açıqlayıb.
Matc.az xəbər verir ki, fransız futbolçu ilə 5 illik müqavilə bağlanıb.
Due “Renn”in yetirməsidir. O, gənclərdən əsas komandaya qədər yüksəlib.
Qeyd edək ki, 19 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Ümumilikdə fransalı hücumçu meydanda 2395 dəqiqə keçirib. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 30 milyon avrodur.