“Çelsi”nin yarımmüdafiəçisi Lesli Uqoçukvu “Sauthempton”a keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London klubu 20 yaşlı fransızı 31 may 2025-ci ilə qədər icarəyə göndərib. Müqaviləyə əsasən “Sauthempton”un futbolçunu almaq hüququ yoxdur.

Qeyd edək ki, o, London klubuna 2023-cü il avqustun 1-də “Renn”dən 27 milyon avroya keçib. Dayaq yarımmüdafiəçisinin “Çelsi” ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest