“Bornmut” klubu “Porto”nun forvardı Evanilsonu heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə ingilis kulubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, transfer “Bornmut”a 37 milyon avroya başa gəlib və Evanilson ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu ötən mövsüm Portuqaliya çempionatında 27 görüşdə 13 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest