Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq dəyişikliklər barədə qərar qəbul edib.

Konfrans Liqasının pley-off mərhələsində iştirak edəcək “Zirə” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edib. Matc.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

“Qartallar” turnirin pley-off mərhələsinə daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın 3-cü turu çərçivəsində keçiriləcək “Araz Naxçıvan” ilə oyunun təxirə salınmasını, “Şamaxı” ilə 4-cü tur çərçivəsində keçiriləcək səfər oyunu ilə 12-ci turda keçiriləcək ev oyununun yerininin dəyişdirilməsini xahiş edib.

Azərbaycan futbolunun ümumi mənafeyini nəzərə alan Peşəkar Futbol Liqası “Zirə” klubunun müraciəti, “Araz Naxçıvan” və “Şamaxı” klublarının razılığı əsasında 2024/25-ci illər futbol mövsümünün Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndini rəhbər tutaraq dəyişikliklər barədə qərar qəbul edib.

Qərara əsasən, Premyer Liqasının 3-cü turunun “Zirə” - “Araz Naxçıvan” oyunu təxirə salınıb. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun isə əvvəlcədən planlaşdırıldığı kimi oynanılacaq.

2024/25-ci illər mövsümünün təqvimində 4-cü turun “Şamaxı” - “Zirə” oyunu ilə 12-ci turun “Zirə” - “Şamaxı” oyununun yerləri dəyişdirilib, komandaların əvəzediciləri arasında keçirilən oyun əvvəlcədən nəzərdə tutulmuş kimi keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest