16 Avqust 2024, 17:14
FUTBOL
Ağcabədi şəhərində həvəskar komandalar arasında Azərbaycan Kubokunun final oyunu keçirilib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının (AHFF) 25 illiyinə həsr olunmuş yarışın həlledici görüşündə yerli “Olimpiya” komandası “Salyan 2018” kollektivi ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən “Olimpiya” kubokun qalibi olub.
Mükafatları Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov, Qarabağ RFF-nin prezidenti Əliş Şərifov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov, baş katibi Füzuli Nəcəfov, Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev və futbol veteranı Asif Əliyev təqdim ediblər.