16 Avqust 2024, 14:33
FUTBOL
“Mançester Yunayted”in vingeri Ceydon Sanço PSJ ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, İngiltərə millisinin üzvü Fransa klubuna keçməyəcək.
Parislilər bu vəziyyətlə artıq barışıblar və alternativ variantlara yönəliblər. Sanço isə baş məşqçi Erik ten Haqla barışdığı üçün özünə yeni komanda axtarmağına ehtiyac yoxdu. Üstəlik, çalışdırıcı Rasmus Heylunun yoxluğunda ona şans verməyi düşünür.
Qeyd edək ki, Ceydon Sançonun “Mançester Yunayted”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.