“Zirə”nin Konfrans Liqasının pley-off mərhələsində “Omoniya” ilə keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Kiprdəki qarşılaşmaya estoniyalı hakimləri göndərəcək.

Avqustun 22-də Nikosiyadakı “GSP Arena”da keçiriləcək qarşılaşmada ədaləti Yuri Frişer qoruyacaq. Ona Veiko Motsnik və Sander Saqa köməklik göstərəcək. Ehtiyat hakim Kristo Küllyastinen olacaq. Kristo Tohver VAR, Yonas Yanovits isə AVAR kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ilk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq cavab matçı isə saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest