16 Avqust 2024, 09:19
FUTBOL
“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyezanı əsas heyətdən kənarlaşdırıb. Matc.az xəbər verir ki, futbolçu əsas komanda ilə məşqlərə qatıla bilməyəcək.
26 yaşlı oyunçu hələlik əvəzedicilərlə hazırlaşacaq. Rəhbərlik yay “transfer pəncərəsi” bağlanana qədər İtaliya millisinin üzvünü satmaq niyyətindədi.
Qeyd edək ki, Federiko Kyezanın “Yuventus”la sözləşməsi gələn ilin yayına qədərdi.