16 Avqust 2024, 00:12
FUTBOL
“Monako”nun və Fransa millisinin mərkəz yarımmüdafiəçisi Yusuf Fofana karyerasını “Milan”da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, o, sabah tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya uçacaq.
Fofananın transferi üçün Milan klubu “Monako”ya 25 milyon avro, və əlavə bonuslar ödəyəcək. Futbolçu daha bir mövsüm uzatma maddəsi ilə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Fofana 2020-ci ilin qışında “Strasburq”dan “Monako”ya keçib. O, ümumilikdə bütün turnirlərdə Fransa klubunun heyətində 175 oyun keçirib.