15 Avqust 2024, 23:47
FUTBOL
Xorvatiyanın “Osiyek” komandasının baş məşqçisi Federiko Koppitelli Bakıda “Zirə”yə penaltilər seriyasında uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edib.
“Komanda hesabda öndə olanda özünə bənzəmirdi. Beş penaltidən isə birin vura bildik. Nə deyə bilərəm? Rəqib çox yaxşı komandadır. Bizim bəxtimiz gətirmədi, zədəli oyunçularımız var idi. Komandanın heyətini yaxşılaşdırmaq üçün çox transfer də edə bilməmişik”.
Qeyd edək ki, “Zirə” pley-offda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.