15 Avqust 2024, 22:57
FUTBOL
“Sent Patriks” klubunun baş məşqçisi Stefen Kenni UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah”la cavab oyunundan sonra mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri görüşü şərh edib.
“Oyunçularımla fəxr edirəm. Cütün favoriti hesab olunmurduq. Qələbə qazandığımız üçün şadam. “Sabah”ın yüksək səviyyəli futbolçuları var. Rəqib komanda görüşə daha yaxşı başlamışdı. Lakin hər iki görüşdə qalib gəlməyimiz, məncə, rəqibindən üstün olduğumuzu sübut etdi”.
Qeyd edək ki, hər iki matçın yekun hesabında (0:2) rəqibinə uduzan “bayquşlar” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.