15 Avqust 2024, 21:37
FUTBOL
Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Matc.az klubun saytına istinadən xəbər verir ki, Orxan Əliyev Gəncə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi mövqeyində çıxış edən Əliyev son olaraq “Araz-Naxçıvan”da oynayıb. 28 yaşlı futbolçu 2015-2016 və 2016-2017-ci illər mövsümündə də “Kəpəz”in şərəfini qoruyub.