“Əl-İttihad”ın yarımmüdafiəçisi Nqolo Kante “Atletiko”ya keçə bilər. Matc.az xəbər verir ki, İspaniya klubunun nümayəndələri Fransa millisinin üzvünün qardaşı ilə danışıqlara başlayıb.

Kante ilə müqavilə bağlamaq ideyası madridlilərin Konor Qallaheri “Çelsi”dən ala bilməməsindən sonra yaranıb. Fransız dayaq yarımmüdafiəçinin AVRO-2024-dəki çıxışı “Atletiko”ya ümid verib. Ulduz futbolçunun qardaşı da bu keçidə müsbət yanaşır.

Ancaq “Əl İttihad” yarımmüdafiəçisi ilə yollarını ayırmaq niyyətində deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest