14 Avqust 2024, 11:15
FUTBOL
Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarının ilk günündə qeydə alınan nəticələrdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, dünən gecə keçirilən qarşılaşmalar Azərbaycanın da mövqeyinə təsir edib.
Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” səfərdə “Ludoqorets”i 7:2 hesablı məğlubiyyətə uğradıb. Bolqarıstanda qeydə alınan qələbə Azərbaycana 0,250 xal qazandırıb. Hazırda ölkəmizin hesabında 18,750 xal var.
Maraqlıdır ki, “Qarabağ”ın sayəsində əldə edilən son qazanca rəğmən, Azərbaycan reytinq siyahısında 1 pillə geriləyərək 25-ci yerdə qərarlaşıb. Bu, İsveçin sıçrayışı ilə əlaqədar baş verib.
Qeyd edək ki, reytinq siyahısında 89,160 xalla İngiltərə birincidi.