“İlk növbədə, bu möhtəşəm qələbə münasibətilə hər kəsi ürəkdən təbrik edirəm”. Matc.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ludoqorets”i Bolqarıstanda 7:2 hesabı ilə məğlub etdikləri görüş barədə danışarkəjn deyib.

Klub prezidenti uğurların davamlı olacağına inamını vurğulayıb: “Bu oyun hamımız üçün çox stresli, gərgin keçdi. Amma başda Qurban Qurbanov olmaqla, futbolçularımızın göstərdiyi əzm və fədakarlıq sayəsində bu çətin sınaqdan da üzüağ, başımız dik çıxdıq. Biz bir daha sübut etdik ki, birlikdə hər zaman uğura imza atmaq mümkündür”.

Tahir Gözəl komandasının fiziki durumunun yüksək səviyyədə olduğunu xüsusi qeyd edib: “Biz bu oyunda sonadək mübarizə aparmağın nə qədər önəmli olduğunu gördük, yeni, maraqlı təcrübə qazandıq. Komandamızın meydanda keçirdiyi 120 dəqiqə və xüsusilə matçın əlavə olunmuş 30 dəqiqəsində göstərdiyi oyun, bunu yalnız yüksək səviyyədə fiziki hazırlığı, möhkəm irədəsi və böyük ruh yüksəkliyi olan oyunçuların edə bilməsinin bariz nümuməsi idi. Bu gün iradə günü idi! Bu məqamda, belə fiziki gücdə olan komanda yetişdirdiyi üçün Qurban Qurbanova bir daha təşəkkür etmək istəyirəm”.

Klub prezidenti daha çətin rəqiblərlə qarşılaşacaqlarını deyib: “Yaxşı başa düşürük ki, qarşıda bizi daha çətin və məsuliyyətli oyunlar gözləyir. Daha güclü rəqiblərə qarşı mübarizə aparacağıq. Ancaq əminəm ki, bu qələbə ruhu, əzm və məsuliyyət hissi ilə komandamız daha böyük zirvələri fəth edəcək. Bu yolda heç nə bizi dayandıra bilməz”.

T.Gözəl bildirib ki, pley-offa vəsiqə böyük uğurlara doğru atılan addımdır: “Başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını, komandamı və azarkeşlərimizi təbrik edirəm. Bizimlə birlikdə bu sevinci yaşayan, bizi burada tək qoymayan hörmətli səfirlərimiz Leyla xanım və Hüseyn bəyə xüsusi təşəkkürümü bildirirəm. Həmçinin, matçdan sonra centlmenlik göstərən “Ludoqorets” klubunun prezidenti Aleksandr Aleksandrova komandamız haqqında səsləndirdiyi xoş fikirlər üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qələbə bizim üçün sadəcə bir addımdır. İrəlidə bizi daha böyük uğurlar bizi gözləyir!”.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest