14 Avqust 2024, 01:10
FUTBOL
Türkiyənin "Beşiktaş" klubu PSJ-nin yarımmüdafiəçisi Çer Ndouru transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Ndour İstanbul klubunda icarə əsasında çıxış edəcək. İtaliyalı futbolçu ilə 1 illik müqavilə bağlanıb. 20 yaşlı dayaq yarımmüdafiəçisi 73 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, PSJ Çer Ndouru ötən ilin yayında "Benfika"dan transfer edib. İtaliya U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Braqa"nın formasını geyinib.