İngiltərə Premyer Liqasında ötən mövsüm “Çelsi”nin əsas ulduzu Koul Palmer olub.

Matc.az xəbər verir ki, London klubu cinah oyunçusunu yeni müqavilə ilə mükafatlandırmaq qərarına gəlib.

22 yaşlı futbolçunun müqaviləsi daha 2 il uzadılıb. Onun hazırkı müqaviləsi 2031-ci ilə qədərdir. Beləliklə, Palmer 2033-cü ilin iyul ayına qədər “Çelsi”də çıxış edəcək. Həmçinin, yeni müqavilə Palmerin maaşına da təsir edəcək, lakin bunun nə qədər olacağı açıqlanmayıb.

Qeyd edək ki, Koul Palmer ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 22 qol vurub və 11 məhsuldar ötürmə verib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest