13 Avqust 2024, 18:43
FUTBOL
“Mançester Siti” “Liverpul”un 27 yaşlı vingeri Luis Diasın keçidi ilə bağlı razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “El Chiringuito” məlumat yayıb.
Bildirilir ki, “Mançester Siti” və Diaz 5 illik müqaviləyə razılaşıb. Mançesterlilərin kolumbiyalı futbolçunun transferi üçün “Liverpul”a 70 milyon avro ödəməyə hazır olduğu vurğulanır.
Qeyd edək ki, ötən mövsüm Dias bütün yarışlarda 51 matçda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 75 milyon avrodur.