13 Avqust 2024, 17:29
FUTBOL
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA rəsmi sayt vasitəsilə məlumat yayıb.
Bildirilib ki, F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda reallaşacaq.
Matçın başlama saatı hələ məlum deyil.