13 Avqust 2024, 17:24
FUTBOL
“Barselona” hücumçusu Vitor Rokenin çıxışından məmnun deyil. Matc.az xəbər verir ki, İspaniya təmsilçisi braziliyalı forvardı icarəyə verməyi düşünür.
Lakin 19 yaşlı “sambaçı” buna müsbət yanaşmır. Roke ya komandada qalmaq, ya da birdəfəlik başqa kluba yollanmaq fikrindədi. Gənc oyunçu La Liqa təmsilçisinə bu ilin yanvarında 40 milyon avro qarşılığında “Atletiko Paranaense”dən keçib. O, kataloniyalıların heyətində 16 oyunda 2 qol vurub.
Qeyd edək ki, Vitor Rokenin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına kimidi.