Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Sent Patriks” oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və açıq məşqlərin vaxtı bəlli olub. Matc.az xəbər verir ki, əvvəlcə sabah saat 18:00-da “Sabah”ın baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı olacaq.
Bundan yarım saat sonra ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşq nəzərdə tutulub.
İrlandiya klubunun mətbuat konfransı saat 18:45-də reallaşacaq. 19:15-də isə komandanın son məşqi keçiriləcək.
Hər iki mətbuat konfransı “Bank Respublika Arena”da baş tutacaq. “Sent Patriks Atletik”in məşqi “Bank Respublika Arena”nın əsas, “Sabah”ın məşqi isə stadionun ehtiyat meydançasında keçiriləcək.
Qeyd edək ki, “Sabah” – “Sent Patriks” görüşü avqustun 15-də gerçəkləşəcək. İrlandiyadakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.