“Real”ın hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanından astronomik məbləğdə təklif alıb. Matc.az xəbər verir ki, “Əl-Əhli” klubu onunla əlaqə saxlayıb.

Ərəblər Braziliya millisinin üzvünə 5 il ərzində 1 milyard avro gəlir vəd edib. Buna baxçayaraq, 24 yaşlı forvard təklifi rədd edib. O, 2027-ci ildə başa çatacaq müqaviləsinin sonuna qədər “Real”da qalmaq niyyətində olduğunu bildirib. Ancaq “Əl-Əhli braziliyalıya yeni təklif hazırlamağı düşünür.

Ötən mövsüm Vinisius Junior ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub, 11 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest