13 Avqust 2024, 14:26
FUTBOL
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold İspaniyaya köçə bilər. Matc.az xəbər verir ki, 25 yaşlı cinah oyunçusu əzəli rəqiblər “Barselona” və “Real”ın maraq dairəsindədi.
Hər iki klub İngiltərə millisinin üzvünü gələn ilin yayında heyətinə qatmaq arzusundadı. Trentin “mersisaydlılar”la müqavilə müddəti 2025-ci ilin yayına qədər olduğundan, futbolçu gələn yay azad agent statusu daşıyacaq. Bu səbəbdən La Liqa nəhəngləri onunla ciddi maraqlanır.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Trent Aleksander-Arnold 2016-cı ildən əsas komandada çıxış edir.