13 Avqust 2024, 11:44
FUTBOL
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA B kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilir. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.
Avqustun 15-dək davam edəcək məşğələlərə təlimatçılar Aslan Kərimov, Arif Əsədov və Osman Rəhimov rəhbərlik edirlər.
B kateqoriyalı məşqçi kursuna karyeralarını bitirən yığmamızın sabiq futbolçuları - Maksim Medvedev və Ağabala Ramazanov da qatılıb. Bundan əlavə, karyerasını I Liqada “Qəbələ”də davam etdirən Asif Məmmədov da B kursunda iştirak edir.
Qeyd edək ki, məşqçi kursunun II mərhələsi 9-12 sentyabr, III mərhələsi 30 sentyabr - 3 oktyabr, IV mərhələsi (imtahan həftəsi) 4-8 noyabr tarixlərində baş tutacaq.