"Əlbəttə ki, “Qarabağ” çox güclü komandadı. Bizi çətin oyun gözləyir”. Matc.az xəbər verir ki, bu sözləri “Ludoqorets” klubunun futbolçusu Deroy Duarte deyib.

Kabo-verdeli yarımmüdafiəçi Bolqarıstan mətbuatına açıqlamasında UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün Razqradda “Qarabağ”la keçirəcəkləri cavab oyunu haqda fikirlərini bölüşüb. O, Bakıda olduğu kimi, öz meydanlarında da qalib gələcəklərini düşünür: “Qarabağ”ı Bakıda məğlub etdik. Bu dəfə doğma meydanda qarşılaşacağıq və yenidən qələbə qazanmaq üçün yaxşı şansımız var. Bunu bacaracaq keyfiyyətli heyətə sahibik. Anlayırıq ki, heç nə asan başa gəlmir. Buna baxmayaraq, özümüzə güvənirik".

Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun “Ludoqorets”in 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest