13 Avqust 2024, 00:31
FUTBOL
Türkiyə Superliqasında I tura yekun vurulub.
Matc.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.
Superliqaya yeni vəsiqə qazanmış “Bodrumspor” doğma meydanda “Qaziantep”ə məğlub olub. “Başakşehir” isə səfərdə “Rizespor”la heç-heçəyə razılaşıb.
Qeyd edək ki, növbəti turun oyunları 16-19 avqust tarixlərində keçiriləcək.
Türkiyə Superliqası
I tur
12 avqust
“Bodrumspor” - “Qaziantep” - 0:1
Qol: Enric Saborit, 90+7
Qırmızı vərəqə: Quentin Daubin, 49 (“Qaziantep”)
“Rizespor” - “Başakşehir” - 1:1
Qollar: Xusniddin Alikulov, 45+6 // Brandao Fiqueiredo, 29