“Yuventus”un əvəzinə “Vest Hem”i seçən Jan-Kler Todibonun transferindəki uğursuzluqdan sonra turinlilər müdafiənin mərkəzini gücləndirmək üçün başqa varianta keçib.

Matc.az xəbər verir ki, “Yuventus” artıq “Milan”ın müdafiəçisi Pyer Kalulu ilə müqavilənin şərtlərini razılaşdırıb. Fransız futbolçu klubların razılığa gəlməsini gözləyir.

Ancaq problem ondadır ki, “Milan”a 14 milyona almaq maddəsi ilə 3 milyon avroya futbolçunu icarəyə götürmək istəyir, lakin “rossoner”lər daimi transferdə israrlıdır.

Qeyd edək ki, Kalulu 2020-ci ilin yayında 1,3 milyon avroya “Lion”dan “Milan”a keçib. Ötən mövsüm 24 yaşlı futbolçu zədə səbəbindən bir çox oyunları buraxdığı üçün A Seriyasında “Milan”ın heyətində cəmi 9 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest