UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Osiyek” (Xorvatiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Osiyek” (Xorvatiya) oyunundan əvvəl baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı dəqiqləşib.
Matc.az xəbər verir ki, öncə ev sahiblərinin baş məşqçisi Rəşad Sadıqov media nümayəndələrinin qarşısına çıxacaq, sonra “Osiyek”in baş məşqçisi Federiko Kopitellinin mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, hər iki komandanın məşq prosesinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
14 avqust
“Zirə”
17:45. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı (“Dalğa Arena”)
19:00. Media üçün açıq məşq (Zirə İdman Kompleksi)
“Osiyek” (Xorvatiya)
19:00. "Osiyek"in baş məşqçisi Federiko Kopitellinin mətbuat konfransı (“Dalğa Arena”)
19:30. Media üçün açıq məşq (“Dalğa Arena”)