12 Avqust 2024, 17:29
FUTBOL
“Milan”ın yeni transferi Alvaro Morata həyat yoldaşından ayrılıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı ispaniyalı forvardın özü açıqlayıb.
O, sosial şəbəkə hesabında uzun müddət düşündükdən sonra ayrılmaq qərarına gəldiklərini deyib: “Düşündük və qərar verdik ki, yollarımız ayrılmalıdır. 8 il bir-birimizi sevdik və dəstəklədik. Münasibətimizin bəhrəsi dörd uşaq oldu. Ağrılı bir qərar verdik”.
Qeyd edək ki, Morata 2017-ci ildən italiyalı model Alise Kampello ilə evli idi.