Dermenciyev oyunöncəsi mətbuat konfransında “köhlən atlılar”ın güclü komanda olduğunu dilə gətirib.
"Qarabağ" beynəlxalq təcrübəyə malik, böyük klubdu”. Matc.az xəbər verir ki, bu sözləri "Ludoqorets"in baş məşqçisi Georgi Dermenciyev deyib.
Bolqarıstan təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək.
Dermenciyev oyunöncəsi mətbuat konfransında “köhlən atlılar”ın güclü komanda olduğunu dilə gətirib. 69 yaşlı mütəxəssis bunları əlavə edib: “Qarabağ” ciddi rəqibdi. Bizim də geniş heyətimiz var. Bernard Tekbetey zədəli olsa da, digər futbolçular mübarizə aparmağa hazırdılar”.
Dermenciyev “Qarabağ”ın futbolçularını indi daha yaxşı tanıdıqlarını vurğulayıb: “Onlar çox rahat oynaya və qol vura bilirlər".
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar.