"Barselona" klubunda ayrılıq baş verib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın futbolçusu Serxi Roberto ilə əməkdaşlığa son qoyulub. İspaniyalı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. 32 yaşlı futbolçunun karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Serxi Roberto 2010-cü ildən "Barselona"nın formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest