Azərbaycanın futzal üzrə FIFA referisi Əli Cəbrayılov UEFA-dan təyinat alıb. Matc.az xəbər verir ki, o, Çempionlar Liqasının ilkin mərhələsində B qrupunun oyunlarında hakimlik edəcək.

Belə ki, Cəbrayılov "Fiorentino" (San Marino) - "Amiqo Northwest" (Bolqarıstan) matçının birinci hakimi olacaq. Bu görüş avqustun 21-də baş tutacaq.

Cəbrayılov 1 gün sonra "Fiorentino" (San Marino) - "Minerva" (İsveçrə) görüşündə üçüncü, "Amiqo Northwest" (Bolqarıstan) - "Pro Futsal Cymru" (Uels) matçında isə ikinci hakim kimi iş başında olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest