“Arsenal”ın futbolçusu Yakub Kivior İtalyaya qayıtmaq üzrədi. Matc.az xəbər verir ki, 24 yaşlı müdafiəçi “Yuventus”un transfer gündəminə düşüb.

“Qoca sinyora” Polşa millisinin üzvünü alternativlər arasında görür. Rəhbərlik bu həftə ərzində transferin vacibliyinə qərar verəcək. London klubu isə arxa xətt oyunçusunu icarəyə verməyə və ya birdəfəlik satmağa qarşı deyil.

Qeyd edək ki, Yakub Kivior “Arsenal”a ötən il “Speziya”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest