Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan”ın avqustun 21-də “Sparta Belfast”, ertəsi gün “Sillamae Silla” ilə keçirəcəyi oyunlara hakim təyinatı açıqlanıb. Matc.az xəbər verir ki, ilk görüşdə Bolqarıstan, Belçika və Avstriyadan olan briqada iş başında olacaq.

“Sillamae Silla” ilə qarşılaşmada isə polşalılar ədaləti qoruyacaqlar. Hələlik avqustun 24-də “Uddevalla” ilə keçiriləcək matçın hakimləri bəlli deyil.

21 avqust

18:00. “Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya)

Hakimlər: Trayan Enchev (Bolqarıstan), Yasin Alageyik (Belçika), Daniel Stauber (Avstriya)

Timekeeper: Kastriot Gerxhaliu (İsveç)

Hakim-inspektor: Timo Onatsu (Finlandiya)

UEFA nümayəndəsi: Andris Utinans (Latviya)

22 avqust

18:00. “Sillamae Silla” – “Araz-Naxçıvan”

Hakimlər: Daniel Stauber, Trayan Enchev, Pavel Tokarevicz (Polşa)

Timekeeper: Kastriot Gerxhaliu

Hakim-inspektor: Timo Onatsu

UEFA nümayəndəsi: Andris Utinans

24 avqust

16:00. “Uddevalla” – “Araz-Naxçıvan”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest