12 Avqust 2024, 09:48
FUTBOL
“Zirə”nin Konfrans Liqasındakı rəqibi “Osiyek” Xorvatiya çempionatında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda II turda Zaqreb “Dinamo”sunu qəbul edib.
Qarşılaşmada hesabı “Osiyek” açsa da, sonda zaqreblilər 2:1 hesablı qələbə qazanıb. Maraqlıdı ki, “Dinamo” da Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibidi.
Qeyd edək ki, “Dinamo” 2 turdan sonra 6 xalla liderdi, “Osiyek” isə hər iki görüşdə məğlub olub.