Türkiyə I Liqasında 2024-25 mövsümünə start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları ilk oyunlarını keçiriblər. Hücumçu Renat Dadaşovun yeni transfer olunduğu “Ankaragücü” evdə “Şanlıurfaspor”u 2 cavabsız qolla üstələyib.

Türkiyə I Liqasında 2024-25 mövsümünə start verilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçuların komandaları ilk oyunlarını keçiriblər.

Hücumçu Renat Dadaşovun yeni transfer olunduğu “Ankaragücü” evdə “Şanlıurfaspor”u 2 cavabsız qolla üstələyib. 67-ci dəqiqədə meydana daxil olan Dadaşov 9 dəqiqə sonra qol vuraraq, qarşılaşmada son nöqtəni qoyub – 2:0.

Yarımmüdafiəçi Coşqun Diniyev də yeni komandası “Bandırmaspor”da debüt edib. “Erzurumspor"la görüşə ehtiyatdan başlayan Diniyev komandası 1:2 hesabı ilə geridə olarkən 69-cu dəqiqədə meydana daxil olub. Sonda isə “Bandırmaspor” rəqibi üzərində 3:2 hesablı qələbə qazanıb.

Millimizin digər üzvü Vüsal İsgəndərli isə “Boluspor”un heyətində “İğdır”la matçın 69-cu dəqiqəsində mübarizəyə qoşulub. Bolu klubu evdə rəqibinə 0:1 hesabı ilə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest