Əfsanəvi ispan qapıçısı Santyaqo Kanisaresin oğlu olan Lukas “Real”ın gənclərdən ibarət komandalarında məşq edərək atasının yolunu davam etdirməyə çalışır.

Matc.az xəbər verir ki, 22 yaşlı qolkiper özünü böyüklər səviyyəsində sübut etmək qərarına gəlib.

Madrid klubunun əsas heyətində Andrey Luninə belə yer olmadığından, “Real” karyerasını davam etdirmək üçün Lukası sərbəst buraxmaq qərarına gəlib. Gənc qolkiper azad agent kimi elit divizionda çıxış edən Portuqaliyanın “Farense” klubuna keçib.

Qeyd edək ki, ötən mövsüm Lukas Kanisares “Real”ın gənclərdən ibarət komandası “Kastilya”nın heyətində 29 oyun keçirib, 33 qol buraxıb və 10 matç qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest