“Çelsi”nin kapitanı Ris Ceyms yeni mövsümün startı ərəfəsində yenə zədələnib.

Matc.az xəbər verir ki, London klubunun müdafiəçisi diz nahiyəsindən zədə alıb.

Klub mənbələri Ceymsin zədəsinin o qədər də ciddi olmadığını, ancaq “Çelsi”nin kapitanını vəzifəyə qayıtmağa məcbur etməyəcəyi bildirilir.

24 yaşlı müdafiəçi son vaxtlar zədələrdən əziyyət çəkir. O, dekabrda aldığı ağır zədədən may ayında sağalıb. Bu, Ceymsin son üç ildə dizindən yeddinci zədəsi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest