“Real”ın ukraynalı qapıçısı Andrey Lunin yeni müqavilə üçün klub qarşısında tələb qoyub.

Matc.az xəbər verir ki, o, 2029-cu ilə qədər müqavilə imzalamaq üçün Madrid klunudan daha çox oyun vaxtı zəmanəti istəyir.

Rəhbərlik isə tərəflərin mart və aprel aylarında razılaşdıqları şərtlərdən bir addım da kənara çıxmaq niyyətində deyil. Madridlilər hesab edirlər ki, əgər Lunin “Real”da qalmaq istəyirsə, o zaman yalnız klubun müəyyən etdiyi şərtlərlə davam edə bilər.

Baş məşqçi Karlo Ançelotti də Tibo Kurtuanı bir nömrəli hesab edir. Lunini yalnız İspaniya Kubokunda və belçikalının əvəzləyiciyə ehtiyacı olduğu hallarda oynamağa icazə vermək niyyətindədir.

Luninin agent Jorge Mendes futbolçu üçün başqa variantlar axtarır. “Real” isə ikinci qapıçısız qalsa, “Çelsi”dən Kepa Arrizabalaqanı yenidən dəvət edəcək.

Qeyd edək ki, Andrey Lunin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest