11 Avqust 2024, 02:46
FUTBOL
Türkiyə Superliqasında I turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Mourinyonun “Fənərbaxça”sı doğma meydanda “Adana Demirspor”u minimal hesabla məğlub edib. “Konyaspor” səfərdə “Kasımpaşa”ya qalib gəlib. “Antalyaspor” – “Göztepe” görüşündə hesab açılmayıb.
Qeyd edək ki, mövsümün açılış matçında “Qalatasaray” “Hatayspor” 2:1 hesabı ilə məğlub edib.
Türkiyə Superliqası
I tur
10 avqust (şənbə)
“Antalyaspor” – “Göztepe” - 0:0
“Fənərbaxça” – “Adana Demirspor” - 1:0
Qol: E.Ceko, 33
“Kasımpaşa” – “Konyaspor” - 2:3
Qollar: N.Da Kosta, 48, K.Vink, 75 // Pedrinyo, 7, D.Aleksiç, 81, U.Nayır, 89