Almaniyalı cinah oyunçusu Marko Roys karyerasını “Los Anceles Qalaksi”də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.

MLS klubu 35 yaşlı almanla 2025-ci ilin dekabrına qədər müqavilə bağlayacaq. Yaxın günlərdə futbolçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün ABŞ-a gedəcək.

Qeyd edək ki, Roys bu yay Dortmund “Borussiya”sından azad agent kimi ayrılıb. Roys 2012-ci ildən bu klubda çıxış edir. Təcrübəli futbolçu ötən mövsüm bütün yarışlarda 42 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə edib.

Ümumilikdə Roys “Borussiya”nın heyətində 428 oyun keçirib, 170 qol vurub və 131 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest