“Yuventus” daha bir futbolçusu ilə yollarını ayıra bilər. Matc.az xəbər verir ki, hücumçu Arkadiuş Milikin Turin klubunu tərk etmək variantı yaranıb.

“Qoca sinyora” özü Polşa millisinin üzvünü yola salmaqda maraqlıdı. Bu səbəbdən rəhbərlik onu A seriyasının digər komandası “Atalanta”ya təklif edib. “Yuve” rəsmiləri hesab edir ki, Milikin gedişi komandanı 3,5 milyon avroluq illik maaş ödənişindən xilas edəcək.

Qeyd edək ki, Arkadiuş Milikin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest